Rusiyada təlim uçuşu zamanı L-4 yüngül mühərrikli təyyarə Voloqda vilayətinin Leskovo kəndi yaxınlığındakı yola məcburi eniş edib.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.
Maraqlıdır ki, gözlənilmədən magistral yola eniş edən təyyarənin sükanı arxasında 50 yaşlı yerli zavod direktoru olub. O, hadisə yerinə gələn yol polislərinə izah edib ki, hava gəmisi idarəetməni itirib və onu təcili şosseyə endirməli olublar.
Yol müfəttişləri təyyarənin yoldan çıxarılmasına yardım ediblər.
İnsident bu gün axşam saatlarında baş verib.
Təyyarə Çerepovetsk rayonundan Yaroslavla tərəf hərəkət edirmiş.