"Zəfər" ordenli polkovnikə ağır itki

"Zəfər" ordenli polkovnikə ağır itki backend

Azərbaycan Ordusunun polkovniki, Vətən müharibəsi iştirakçısı Elşən Qapaqovun anası vəfat edib.

QAZİLER.AZ Publika.az-a istinadən bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Mərhum martın 29-da Qazax rayonunun Çaylı kəndində dəfn olunacaq.

Yas mərasimi martın 31-də Çaylıda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən E.Qapaqov "Zəfər" ordeni ilə təltif olunub. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə təltif edilib.

Diaspora