Mahaçqalada çoxmərtəbəli binanın mənzillərindən birində güclü partlayış baş verib.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayışa səbəb qazın partlaması olub.
İki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yayılan videogörüntülərə görə, bir neçə mənzilə ziyan dəyib. Partlayış dalğası qonşu evlərin pəncərələrini uçurub, həyətdə dayanan avtomobillərə ziyan vurub.
Hadisə ilə bağlı Dağıstan Prokurorluğu araşdırmalara başlayıb.