Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında vəfat edib.
QAZİLER.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkədə məlumat yayıb.
“Futbol veteranı Çingiz İsmayılov bu gün haqq dünyasına qovuşdu. Aprelin 12-i 90 yaşını qeyd edəcəkdi...”, – jurnalist qeyd edib.
Xatırladaq ki, daha əvvəl İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Qeyd edək ki, Ç. İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.
O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.