Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.