Stavropolun Novoalexandrovsk şəhərində beş nəfərlik ailə naməlum kimyəvi maddədən zəhərlənib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Hadisə martın 17-də səhər saatlarında fərdi evlərin birində baş verib. Zəhərlənmə nəticəsində 8 yaşlı qız ölüb.
Qeyd olunur ki, evin zirzəmisi daha əvvəl həşəratlara qarşı pestisidlə təmizlənib. Zəhərlənmənin bundan qaynaqlana biləcəyi düşünülür. Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ