Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti beynəlxalq uğur əldə edib. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən “iESE Dövlət Sektorunun Transformasiyası Mükafatı”na layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, Texnologiya və Məlumat Analizindən Ən Yaxşı İstifadə” və “İnnovasiya” nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib. 

Qeyd edək ki, 2024-cü ildə də ƏMAS təşkilat tərəfindən Mükəmməllik Sertifikatına layiq görülüb. 

Diaspora