Rusiya Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında dünənki görüşündən sonra verilən bəyanatları öyrənir. Vladimir Putinlə Ağ Ev rəhbəri Donald Tramp arasında danışıqların baş tutacağı istisna edilmir.
Qaziler.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. Məlumatı "Meduza" yayıb.
"Görüşdən sonra verilən bəyanatları diqqətlə öyrənirik. Ciddədə qəbul edilən birgə bəyanatın mətni ilə tanış oluruq. Güman edirik ki, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Ualts bu günlərdə müxtəlif kanallar vasitəsilə aparılan danışıqların təfərrüatları və əldə olunan anlaşmalar barədə bizə məlumat verəcəklər", - Peskov bildirib.
Rusiya prezidentinin nümayəndəsinin sözlərinə görə, “ən yüksək səviyyədə” telefon danışığı məsələsinin də ortaya çıxması mümkündür. Müvafiq ehtiyac yaranarsa, o, tez bir zamanda təşkil olunacaq.
QAZİLER.AZ