Sumqayıtda qadın qadını bıçaqlayıb

Sumqayıtda qadın qadını bıçaqlayıb backend

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora