Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.
“Report”un verdiyi xəbərə görə, həmin şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı
- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu
- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu
- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl
- 2006-cı il təvəllüdlü Əsədova Türkan
- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət
Qeyd edək ki, Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanıldığını bildirib.