"Həmin qarlı gün bir neçə xocalılını çiynimdə 3-4 km Şelliyə tərəf gətirmişəm" - Rey Kərimoğlu

"Həmin qarlı gün bir neçə xocalılını çiynimdə 3-4 km Şelliyə tərəf gətirmişəm" - Rey Kərimoğlu backend

1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımdan 33 il ötür. Faciədən 33 il ötsə də onun vurduğu yaralar, erməni vəhşiliyi qurbanlarının xatirəsi unudulmur, unudulmayacaq.

 Ağdamın Şelli kəndi istiqamətində, Qaraqaya istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Qarabağ qazisi Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, Xocalıda ermənilərin xocalılara qarşı insanlığı dəhşətə gətirən həmin gün bir neçə erməni postunu dağıdaraq azərbaycanlıların xilas edilməsi əməliyyatında iştirak edib. 

"Həmin qarlı gün bir neçə xocalılını özüm çiynimdə 3-4 km Şelliyə tərəf gətirmişəm", - dedi Rey Kərimoğlu.

Qarabağ qazisi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar özünün feysbuk səhifəsində paylaşım edib.

"Bir ömür o müdhiş 25 fevral gecəsi, 26 fevralın açılan qanlı səhəri gözüm önündən, qadınların, uşaqların fəryadı, harayı qulağımdan getməyəcək...O gecə elə də bərk qar yağmışdı Xocalıya, Xocalı Ağdam arasındakı dağlara, dərələrə...

Qaraqayadan baxanda dağlarda, yamaclarda, dərələrdə ağappaq qar üstündə Xocalıların qanı qızarırdı...Sankı qışda qar üstündə lalalər açmışdı 

Unutmadıq! Unutmayacağıq da!

Ruhları şad olsun!", - paylaşımda deyilir.

QAZİLER.AZ

 

Diaspora