Rusiyanın Fransadakı konsulluğu hücuma məruz qalıb

Rusiyanın Fransadakı konsulluğu hücuma məruz qalıb backend

Bu gün səhər saatlarında Rusiyanın Marseldəki konsulluğunda partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, yerli polisin məlumatına görə, naməlum şəxslər konsulluğun həyətinə iki ədəd “Molotov kokteyli” atıblar. Hadisədən sonra hüquq-mühafizə orqanları konsulluğun ətrafını mühafizə altına alıb. Partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verən hadisədə terror aktının bütün əlamətlərinin olduğunu və Moskvanın Parisdən diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görməsini tələb etdiyini bildirib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə Ermənistan da daxil olmaqla, bir neçə ölkənin konsulluğu yerləşir.

Diaspora