Xocalıda minaya düşən Qarabağ müharibəsinin iştirakçısı xəstəxanaya yerləşdirilib

Xocalıda minaya düşən Qarabağ müharibəsinin iştirakçısı xəstəxanaya yerləşdirilib backend

Xocalıda piyada əleyhinə minaya düşərək xəsarət alan Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub. 

“Report”un Qarabağ Bürosunun məlumatına görə, onun vəziyyətinin ağır olduğu bildirilir.

20.03

Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb.

Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və hazırda xəstəxanaya aparılır.

Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb. Əslən Ağdərənin Sırxavənd kəndindən olan N.İmanov Birinci Qarabağ müharibəsinin bölük komandiri kimi ehtiyata buraxılıb.

 

Diaspora