Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan şəxslərin axtarışları davam edir.
Apa-nın yerli bürosunun məlumatına görə, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.
Kürdə batan şəxslərin yaxınları meyitlərin sudan tapılması üçün aidiyyəti qurumlardan köməklik istəyib.
Bildirilib ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, bu isə axtarışlara çətinliklər yaradır.
Fuad Nazimoğlu
***
09:34
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.