Sverdlovskda eyni gecədə iki futbolçu dünyasını dəyişib

Sverdlovskda eyni gecədə iki futbolçu dünyasını dəyişib backend

Verxnyaya Pışmada "POZ-Proqres" futbol klubunun iki futbolçusu dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə komandanın rəsmi nümayəndələri “Vkontakte” sosial mediasında məlumat verib.

Bir gün əvvəl məşqdən sonra hər iki idmançı - 32 yaşlı Yan Juravlev və 33 yaşlı Danil Xilobok özlərini yaxşı hiss ediblər. Onlar həmişəki kimi evə qayıdıb yatmağa getsələr də, səhər oyanmayıblar.

Yan Juravlevin anası Svetlananın sözlərinə görə, oğlu uşaqlıqdan futbola maraq göstərib və heç vaxt səhhətindən şikayət etməyib. Hadisə baş verməzdən əvvəl özünü yaxşı hiss edib və sakitcə yatmağa gedib. Dünyasını dəyişən ikinci futbolçu Danil Xilobokun da səhhətində ciddi problem olmayıb. Hər iki idmançı fevralın 15-nə keçən gecə dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora