Torontoda Delta Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb

Torontoda Delta Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb backend

Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər xəsarət alıb. İlkin məlumata görə ekipaj üzvləri və sərnişinlərin hamısı sağdır.

Hadisə təyyarə enəndə baş verib. Belə ki, düzgün eniş edə bilməyən təyyarə arxası üstə çevrilib.

Modeli açıqlanmayan təyyarənin ABŞ-nin Minneapolis şəhərindən uçduğu bildirilir.

Diaspora