Bakıda zəncirvari yol qəzasında ata və azyaşlı övladı ölüb - YENİLƏNİB

Bakıda zəncirvari yol qəzasında ata və azyaşlı övladı ölüb -  YENİLƏNİB backend

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 16-da saat 23:30 radələrində H.Əliyev prospekti, Bakı Olimpiya İdman kompleksinin yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.
Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***

08:59

Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil "Renault" və "Changan" avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində "Changan"ın sürücüsü Ramin Məmmədov və onun 2 yaşlı qız övladı hadisə yerində ölüb.

Diaspora