Ağdamda 21 yaşlı gənci elektrik vurdu

Ağdamda 21 yaşlı gənci elektrik vurdu backend

Ağdamda 21 yaşlı gəncin elektrik cərəyanı vurması nəticəsində hər iki qolu yanıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kəlbəhüseynli kəndində baş verib.

Rayon sakini 2004-cü il təvəllüdlü Tacəddin Məhiyyədin oğlu Alışov elektrik xəttində təmir işi apararkən elektrik xəttində yaranan qısaqapanmadan onun hər iki qolu yanıb. T.Alışov ağır dərəcəli yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, T.Alışovun yanıq xəsarəti ağır olduğundan ona ilkin yardım göstərilib paytaxt xəstəxanalarından birinə göndərilməsi işləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Diaspora