Sankt-Peterburqda tanışını tava ilə döyən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsə çevrilib.
Qaziler.az "Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə ötən il Poltavskaya küçəsində, evlərdən birinin zirzəmisində baş verib. Lakin hadisə indi məlum olub. Belə ki, kişi ilə tanışı arasında münaqişə yaranıb, bu zaman şübhəli şəxs tava ilə qurbanın başına və gövdəsinə bir neçə dəfə zərbə endirib.
İki aydan çox vaxt keçdikdən sonra həmin şəxs Saratov şəhərinin hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və törətdiyi cinayəti etiraf edib.
Hadisə ilə bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.
QAZİLER.AZ