İrəvanda “Qarabağ” oxuyan azərbaycanlını şərləyib tutdular

İrəvanda “Qarabağ” oxuyan azərbaycanlını şərləyib tutdular backend

İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuyanlardan biri – İran vətəndaşı, Güney Azərbaycandan olduğu bildirilən Milard Vahid həbs edilib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, irəli sürülən iddialara görə, ötən gün – 31 yanvarda İrəvanda avtobusların birində “ictimai asayişi pozan” şəxslə bağlı Erebuni polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

“Həmin şəxs ictimai asayişi kobud surətdə pozub, əhaliyə qarşı hörmətsizlik edib, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər nümayiş etdirib. Hadisə yerində polis müəyyən edib ki, bu əməli avtobusda olan İran vətəndaşı törədib və ona hörmətsiz davranışını dayandırması ilə bağlı xəbərdarlıq edilib, lakin o, davam edib və ictimai nəqliyyatda vətəndaşların ünvanına nalayiq sözlər deyib”, - məlumatda bildirilib.

Polisin açıqlamasına görə, İran vətəndaşı, 40 yaşlı Milard Vahid olduğu təsbit edilən şəxs onu nalayiq hərəkətlərdən çəkinməyə çağıran iki ermənini - 22 yaşlı Yuri B.-ni və 21 yaşlı Qagik A.-nı da döyüb.

Polis Vahidi saxlayıb və istintaq təcridxanasına yerləşdirib.

Erməni mediası saxlanılan iranlının bu yaxınlarda İrəvanın Respublika meydanında Azərbaycan mahnılarını qışqıranlardan biri olduğunu yazıb.

İstisna deyil ki, 30 dekabr 2024-cü ildə İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuduğuna görə izlənilən Milad Vahid növbəti dəfə Ermənistana gələrkən şərlənərək həbs edilib. Çünki onun 3 yanvarda İrana qayıtdığını Ermənistan MTX açıqlamışdı.

 

Diaspora