Orxan Əsgərovun qızı: Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub

Orxan Əsgərovun qızı: Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub backend

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olmuşdu. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Qaziler.az xəbər verir ki, Modern.az Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli ilə əlaqə saxlayıb.

Şəhidin qızı açıqlamasında bildirib ki, iki il İran məhkəməsinin qərarını gözləyiblər:

"Nəhayət, qərar təsdiqləndi. Bunun haqqında deyəcəyim heç bir söz yoxdur. Sadəcə hisslər var. Edam hökmünün icrası zamanı mən yox, babamın iştirakını çox istərdim. Azərbaycanda atamın xatirəsini heç vaxt unutmurlar. Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub. Anam da, mən də heç vaxt onu unutmuruq".

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Türkiyədə ali məktəbə qəbul olub.

Diaspora