Cinayət işindən qurtulmaq istəyən azərbaycanlı Donetskə külli miqdarda ianə etdi

Cinayət işindən qurtulmaq istəyən azərbaycanlı Donetskə külli miqdarda ianə etdi backend

Rusiyanın Tula vilayət məhkəməsi öz yaşayış yerində altı miqrantı qondarma qeydiyyata alan azərbaycanlının cinayət işinə xitam verib.

QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, 2024-cü ilin avqust-sentyabr aylarında Azərbaycan Respublikası vətəndaşı 6 belaruslunu yaşadığı ünvanda yaşadığı binada qeydiyyata alıb. Ancaq bəyan edilən mənzildə əcnəbilər faktiki olaraq yaşamadığı üçün miqrasiya qanunvericiliyi pozulub.

Məhkəmədə azərbaycanlının vəkili ona qarşı cinayət işinə xitam verilməsini və həmin şəxsə cəza olaraq cərimə təyin edilməsini istəyib. Qeyd edək ki, təqsirləndirilən şəxs günahını etiraf edib və törətdiyi cinayətdən peşman olub. Bundan əlavə, o, Donetskdəki qaçqınlara və məcburi köçkünlərə kömək etmək üçün xeyriyyə fonduna 50 min rubl ianə edib.

Bütün bunlar məhkəməyə Azərbaycan Respublikası vətəndaşının cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət edib. Ancaq yenə də 100 min rubl əlavə məhkəmə cəriməsi alıb.

Diaspora