Qazaxıstan Baş nazirinin müavini: Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir

Qazaxıstan Baş nazirinin müavini: Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir backend

Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.

APA xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.

Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.

“Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb.

Diaspora