Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı ilkin nəticələr gələn həftə dərc oluna bilər

Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı ilkin nəticələr gələn həftə dərc oluna bilər backend

Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin qəza səbəbləri ilə bağlı istintaqın ilkin nəticələri artıq gələn həftə ictimailəşdirilə bilər.

Trend xəbər verir ki, bunu bu gün Qazaxıstanın baş nazirinin müavini, təyarə qəzasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev bildirib.

“Bu böyük beynəlxalq işdir. Biz ümid edirik ki, artıq gələn həftə onun ilkin hissəsi Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq. Aviaqəzədan sonra 30 gün ərzində nəticələrin dərc olunması tövsiyə olunur. Düşünürəm ki, beynəlxalq komissiya həmin müddətə qədər bunun öhdəsindən gələcək”, -deyə o bildirib.

Bundan savayı, baş nazir müavini baş vermiş aviaqəza ilə bağlı Baş Prokurorluğun rəhbərliyi altında cinayət işinin açıldığını diqqətə çatdırıb.

"Bu iş nəqliyyat prokurorunun nəzarətindədir. Onların öz ballistik və partlayıcı maddələr üzrə ekspertizası var. Hal-hazırda orada işlər davam etdirilir”, - deyə K.Bozumbayev bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Diaspora