Britaniyalı yeniyetmə qətlə görə 52 il müddətinə azadlıqdan məhrum edilib

Britaniyalı yeniyetmə qətlə görə 52 il müddətinə azadlıqdan məhrum edilib backend

Britaniyalı yeniyetmə Aksel Rudakubana 2024-cü ilin iyulunda İngiltərənin Southport şəhərində üç qızı qətlə yetirdiyinə görə 52 il həbs cəzasına məhkum edilib.

Qaziler.az bildirir ki, bubarədə "Sky News" xəbər verir.

Hadisə uşaqların rəqsi zamanı baş verib. Müttəhim zərərçəkmişlərə "dəhşətli xəsarətlər" yetirib, hakim Culian Qus bunu "xalis şər" adlandırıb. Onun qurbanlarının altı, yeddi və doqquz yaşı var idi. Daha on uşaq yaralanıb.

"İnanıram ki, o, bacarsaydı, 26 uşağın hamısını və onun yolunda dayanan hər hansı böyükləri öldürərdi", - Qus deyib.

Nəticədə Rudakuban 13 ömürlük həbs cəzasına məhkum edilib. Lakin qanuna görə, cinayəti törədən zaman təcavüzkarın 18 yaşı tamam olmadığı üçün ona qeyd-şərtsiz ömürlük həbs cəzası verilə bilməz. Buna görə də təqsirləndirilən şəxs minimum 52 il həbs cəzası alıb.

QAZİLER.AZ

Diaspora