16 yaşlı qız dişlərini fırçaladıqdan sonra əməliyyatlıq olub

16 yaşlı qız dişlərini fırçaladıqdan sonra əməliyyatlıq olub backend

Moskva sakini ürəkbulanma və döş qəfəsinin yuxarı hissəsində ağrı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə “Baza” telearam kanalı məlumat yayıb. Rentgen zamanı həkimlər 16 yaşlı qızın mədəsində diş fırçasının olduğunu görüblər.

Xəstə son vaxtlar dişlərini fırçaladığını və diqqətinin dağıldığını, bundan sonra hardasa yoxa çıxan diş fırçasını axtarsa da tapa bilmədiyini bildirib. Cihaz endoskopik alətlə ümumi anesteziya altında çıxarılıb. Əməliyyat yarım saat davam edib. Yeniyetmənin həyatı üçün təhlükə yaranmayıb, artıq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

QAZİLER.AZ

Diaspora