İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb backend

İranda günahsızcasına həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli dünən azadlığa buraxılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfər edib, martın 4-dən sonra ondan bir xəbər alınmayıb. Ancaq 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Diaspora