Braziliyada 16 yaşlı qapıçı futbol məşqi zamanı penaltidən atılan topu sinəsi ilə dəf edərkən vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə “20minutos” məlumat yayıb.
Xəbərdə gəncin ürək xəstəliyindən əziyyət çəkmədiyi qeyd edilib.
“Bu gün bütün Braziliyaya toxundunuz, bunun belə ola biləcəyini heç düşünməzdim. Sən fədakar oyunçu idin və hər zaman gülərüz, şən uşaq idin”, - vəfat edən oğlanın qardaşı deyib.
Nəşr qeyd edib ki, top döş sümüyü ilə diafraqma arasındakı nahiyəyə dəyib. Penaltidən sonra futbolçu ağrıdan yerə yıxılıb. Onun üçün təcili yardım çağırılıb, lakin anlaşılmaz səbəblərdən gənc saat 11 radələrində xəstəxanaya aparılıb. Nəticədə həkimlər futbolçunun həyatını xilas edə bilməyiblər və 16 yaşlı oğlan dünyasını dəyişib.
QAZİLER.AZ