Xəbər verdiyimiz kimi, Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub.
QAZÍLER.AZ "Qafqazinfo”-ya istiinaden xəbər verir ki, sənətçi bu barədə müsahibə verib.
“Xatirələr, studiyam, şəkillər, videolar, tablolar və kolleksiyam... Hamısı yandı. Bütün məhəllə yerlə yeksan oldu. Dostlarımız, tanışlarımız evsiz qalıb”, - deyə, Kənan bildirib.
O deyib ki, yanğınlar tamamilə bitdikdən sonra Berenlə birgə evlərinə gedəcəklər.