Birdəfəyə 11 dişini müalicə etdirən 19 yaşlı gənc ölüb

Birdəfəyə 11 dişini müalicə etdirən 19 yaşlı gənc ölüb backend

Moskvada gənc oğlan birdəfəyə11 dişin çıxarılması üçün 4 saat davam edən əməliyyatdan sonra dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu haqda “MK.RU” məlumat yayıb.

Məlum olub ki, 19 yaşlı gənc valideynlərini ziyarət etmək üçün İrkutskdan paytaxta gəlib və həkim qəbuluna yazılıb.

Klinikada ona 11 dişin müalicəyə ehtiyacı olduğunu söyləyiblər və bunu birdəfəyə etməyə qərar veriblər. Əməliyyat saat 16:00-da başlayıb, 20:00 radələrində başa çatıb. Bu müddət ərzində üç dəfə ağrıkəsici inyeksiya tələb olunub. Axşam gənc özünü yaxşı hiss etsə də, səhər onu oyatmaq mümkün olmayıb. Hadisə yerinə gələn həkimlər gənc oğlanın ürəyinin dayandığını təsdiqləyiblər.

QAZİLER.AZ

Diaspora