Rusiya Federasiyasının Voronej vilayətində Mİ-28 hərbi helikopteri qəzaya uğrayıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 1-də yerli vaxtla saat 18:00-da cəbhə xəttindən 250 km aralıda baş verib. İlkin məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü həlak olub. Dağıntı yerində digər qurbanlar, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Rusiya Federasiyasının İstintaq Komitəsi araşdırma aparır.