Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI

Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI backend

Bu gün saat 11:46 radələrində 1982 və 1999-cu il təvəllüdlü şəxslər (qadın cinsli) başın açıq yarası, belin yüngül əzilməsi, fəqərə sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

QAZÍLER.AZ  bildirir ki, bu barədə Trend-in soruğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd melumat verib.

Onun sözlərinə görə, yaralılara ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib.

"Hazırda vəziyyətləri stabil qiymətləndirilir", - o bildirib.

Qeyd edək ki, bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Belə ki, 99 JZ 185 dövlət qeydiyyat nişanlı "Baku Bus" avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-022 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora