Təyyarə qəzasında həlak olan qazaxıstanlıların ailələrinə hansı yardım göstəriləcək?

Təyyarə qəzasında həlak olan qazaxıstanlıların ailələrinə hansı yardım göstəriləcək? backend

Bu barədə Aktauda keçirdiyi brifinqdə Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Akmadi Sarbasov danışıb.

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

"Yerli struktur vasitəsilə biz sponsorlar və işəgötürənlərlə qarşılıqlı əlaqədə olacağıq. Təbii ki, birdəfəlik yardım göstəriləcək. Hazırda ölçü müəyyənləşdirilir. Zəmanətli dövlət ödənişlərinə gəlincə, respublika büdcəsi hesabına hər bir ailəyə müvafiq ödənişlər həyata keçiriləcək. A. Sarbasov bildirib ki, ailə başçısını itirməyə görə 138 min tenge, dövlət sosial sığorta fondu vasitəsilə 257 min tenge məbləğində yardım göstəriləcək".

Bundan əvvəl səhiyyə nazirinin müavini Timur Muratov Aktauda keçirdiyi brifinqdə təyyarə qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı danışıb.

Nəqliyyat naziri Marat Karabayev təyyarənin Aktau yaxınlığında necə qəzaya uğradığından danışıb.

QAZİLER.AZ

Diaspora