AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb backend

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib.

Bu barədə "Report"un müxbiri Heydər Əliyev Beynəlxalq Aeroportdan xəbər verib.

Ağır vəziyyətdə olan sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq,

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Diaspora