Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
"Təyyarədə 67 nəfər, 62 sərnişin, 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər ölüb, 29 nəfər sağ qalıb”, - deyə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.
Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bonların hamısı həlak olub.
Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.
QAZİLER.AZ