Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayandan dərhal sonra internetdə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin salonundan yaralıların videosu yayılıb.
Qaziler.az xəbər verir ki, görüntülər “112” Telegram kanalında yayımlanıb.
Görüntülərdə qəzadan sağ çıxan insanlar bir-birilərinə kömək etməyə çalışırlar.
Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Rusiyanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” markalı sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. 10-u rus olmaqla 32 nəfər sağ qalıb.
QAZİLER.AZ