Hadisə şahidi təyyarənin göyərtəsində partlayışın baş verdiyini dedi - VİDEO

Hadisə şahidi təyyarənin göyərtəsində partlayışın baş verdiyini dedi - VİDEO backend

Aktauya enməzdən əvvəl “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarənin göyərtəsində partlayış baş verib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan xəbər agentliyi sağ qalanlardan birinə istinadən “Telegram” kanalında məlumat yayıb.

Hadisə şahidinin sözlərinə görə, təyyarənin quyruq hissəsində “dəqiq partlayış olub” və onun parçaları təyyarənin salonuna səpələnib.

Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5-i ekipaj üzvü olmaqla 62 nəfər olub. 10-u rus olmaqla 32 nəfər sağ qalıb.

QAZİLER.AZ

Diaspora