Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan yanğının söndürülməsinə başlandığını əks etdirən video yayımlayıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, görüntülər nazirliyin “Telegram” kanalında yayımlanıb.
Kadrlarda qəzaya uğrayan təyyarənin daxili hissəsi görünür, onun bir hissəsi yanğından praktiki olaraq yararsız hala düşüb.
Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 62 nəfər olub. 10-u rus olmaqla 32 nəfər sağ qalıb.
“Sputnik Qazaxıstan” xəbər verir ki, təyyarə quşlarla toqquşması nəticəsində qəzaya uğraya bilərdi. Eyni zamanda, “Kazinform” agentliyi qəzaya uğramazdan əvvəl təyyarənin göyərtəsində qaz balonunun partladığını bildirib.
QAZİLER.AZ