Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysi ilə bağlı BƏZİ EHTİMALLAR - FOTO/VİDEO

Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysi ilə bağlı BƏZİ EHTİMALLAR - FOTO/VİDEO backend

Təyyarə dekabrın 25-də Bakı vaxtı ilə saat 07:56-da (Qazaxıstan vaxtı ilə 08:56) Bakı-Qroznı marşrutu üzrə havaya qalxıb. Üç saat sonra o, Aktau hava limanında yerə çırpılıb.

Qaziler.az “Lada.kz” portalına istinadla bildirir ki, uçuş 30 dəqiqə çəkməli idi.

Bakıdan Qroznıya gediləcək yol yarım saatdan çox çəkmir. Artıq saat 08:39-da (təxmini vaxt) təyyarə Qroznı şəhərinə enməli idi.

Müxtəlif mənbələrə görə, “Azərbaycan Hava Yolları”na məxsus təyyarə bir neçə səbəbdən dolayı marşrutunu dəyişib: bu qatı duman və ya digər versiyaya görə, Çeçenistana edilən pilotsuz təyyarə hücumu olub. Bakıdan Qroznıya olan yolun müddəti yarım saatdan az vaxt çəkməsinə baxmayaraq, təyyarə ilkin kursundan yayınmağa məcbur olub. Təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya istiqamətləndirilib.

Məlumdur ki, qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

"Bakı - Qroznı № J2-8243 reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda məcburi eniş edib. İlkin məlumata görə, hadisəyə səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub”, - “Azərbaycan Hava Yolları” QSC xəbər verir ki, bu məlumatı “78” telekanalı yayıb.

Aktauda təyyarə yerli vaxtla təxminən 10:58-də (Bakı vaxtı ilə 09:58) qəzaya uğrayıb.

Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 sərnişin olub.

Bakı-Qroznı reysi 2000-ci illərin əvvəllərində Braziliyanın eyniadlı təyyarə istehsalçısı tərəfindən hazırlanmış "Embraer" təyyarələri ailəsinə aid olan “Embraer 190” təyyarəsi ilə həyata keçirilib. Təyyarə 3000-4000 km məsafədə 100-ə yaxın sərnişini daşımağa imkan verən xüsusiyyətlərə malikdir. “Embraer 190”ın ​​istehsalı və istismarı 2006-cı ildə başlayıb.

QAZİLER.AZ

Diaspora