Təyyarə faciəsi ilə əlaqədar Aktauda yeni il ağacının işıqlandırılması LƏĞV EDİLDİ - VİDEO

Təyyarə faciəsi ilə əlaqədar Aktauda yeni il ağacının işıqlandırılması LƏĞV EDİLDİ - VİDEO backend

Qazaxıstanda rayon mərkəzinin rəhbərliyi təyyarə qəzası ilə əlaqədar bu gün, dekabrın 25-nə nəzərdə tutulan yeni il yolkasının işıqlandırılmasını ləğv edib.

Qaziler.az “Lada.kz” portalına istinadla xəbər verir ki, bu barədə Aktau şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Plana əsasən, bu gün axşam saatlarında, dekabrın 25-də əhalinin iştirakı ilə 15-ci mikrorayon ərazisinin sahil zolağında yeni il yolkasının işıqlandırılması mərasimi keçirilməli idi. Lakin baş verən faciəvi hadisə ilə bağlı tədbir ləğv edilib.

“Bakı-Qroznı reysinin qəzaya uğraması ilə bağlı faciəvi hadisə ilə əlaqədar Aktauda yeni il ağacının işıqlandırılması təxirə salınıb. Əlavə məlumat dərc olunacaq”, - qurumdan məlumat verilib.

“Nur.kz”nin yazdığına görə, təyyarə qəzasından sonra Bakı hava limanında quraşdırılan yeni il ağacı sökülüb. Hava limanı işçilərinin yeni il ağacını sökdüyü görüntüləri "Sputnik Azərbaycan" paylaşıb. 

QAZİLER.AZ

Diaspora