Dekabrın 25-də baş verən təyyarə qəzası ilə bağlı ölkənin bölgə müxbirləri həmin ərazidə 1-ci mikrorayonda yerləşən meyitxanaya gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “Lada.kz”nin müxbiri məlumat verib.
Müxbir qeyd edib ki, Bakı-Qroznı reysinin həlak olan sərnişinlərinin cəsədlərinin yerləşdiriləcəyi ehtimal edilən ərazidə çadırlar qurulur.
1-ci mikrorayonda morq binasının yanında iki çadır qurulub. Ehtimallara görə, ölən sərnişinlərin cəsədləri ora yerləşdiriləcək.
Morqun binasında yer olmadığı üçün səlahiyyətli şəxslərin belə bir qərar verdiyi bildirilib.
QAZİLER.AZ