AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 28 nəfər sağ qalıb - Yenilənib - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində  28 nəfər sağ qalıb - Yenilənib - VİDEO backend

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə sanitar aviasiya təyyarəsi uçur.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.

 

*****

11:40

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir".

Qaziler.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumat yayıb. 

"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".

"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

 

*****

11:32

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.

Qeyd edilib ki, baş verən yanğın söndürülüb.

Diaspora