Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənlinin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
08:37
Xəbər verdiyimiz kimi, dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
Apa xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli dekabrın 2-də 02:00 radələrində dünyasını dəyişib.
***
01:49
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.
B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.