Şikayətçidən rüşvət alan polis həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu backend

Rusiyanın paytaxtı Moskvada məhkəmə 10 milyon rubl oğurluğa görə cinayət işinin başlanmasını istəyən polisi cəzasını ümumi rejimli həbsxanada çəkməklə 3.5 il müddətinə azadlıqdan məhrum edib.

QAZÍLER.AZ  Lent.az-a istinadla bildirir ki, polis dələduzluğa cəhddə təqsirli bilinib. Müəyyən edilib ki, o, bir qadından qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı ifadə alıb. Iakin onun ərinin varlı olduğunu öyrənərək bundan istifadə etmək qərarına gəlib. O, cütlüyə əlaqələri olduğunu və pul müqabilində cinayət işi açacağını deyib. Əslində isə polisin heç bir əlaqəsi olmayıb.

Hüquq-mühafizə əməkdaşı pul alarkən saxlanılıb. O, bu hərəkətini İsraildə bahalı əməliyyata ehtiyacı olan atasına görə etdiyini bildirib. Polis dəfələrlə zərərçəkmişdən üzr istəsə də, o, bunu yetərsiz hesab edərək barışmayıb.

Diaspora