Ahıska türkləri Bakıda toplaşdı - FOTO

Ahıska türkləri Bakıda toplaşdı -  FOTO backend

Bakıda "Hilton" otelində Dünya Ahıska Türkləri Birliyinin (DABÜT) beşinci qurultayı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə dünyanın 9 ölkəsindən 200-dən çox qonaq iştirak edib. 

Qurultay iştirakçıları əvvəlcə Birinci Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra isə qurultay başlayıb. 

Qurultayın, Ahıska Türklərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və bu xalqın milli mübarizədəki rolunu bir daha nümayiş etdirmək məqsədi ilə Baki şəhərində keçirilməsi zərüri hesab edilib.

Ahıska türkləri hər zaman Azərbaycanın yanında olmuş və müxtəlif mərhələlərdə həm maddi, həm də mənəvi dəstəkləri ilə bu ölkənin mühüm məsələlərində iştirak ediblər.

Xüsusilə, 1-ci və 2-ci Qarabağ müharibələrində ahıska türklərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq danılmazdır. 1-ci Qarabağ Müharibəsində 100-ə yaxın şəhid verib və onlardan 1 nəfər Milli Qəhrəmandır, 2-ci Qarabağ müharibəsində isə 9 şəhid verib və onlardan da 1 nəfər Vətən Müharibəsi Qəhrəmanıdır. Bu igidlər, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarını fəda edərək, tarixdə silinməz iz buraxıblar.

DATÜB-ün başqanı Ziyattin Kassanov müharibədən sonra şəhid ailələri ilə görüşərək, onlara həm maddi, həm də mənəvi dəstək verib. Bu cür addımlar, ahıska türklərinin hər zaman Azərbaycanın yanında olduğunu əks etdirib.
Bakı şəhərində keçirilən 5-ci qurultayda işğaldan azad olunmuş Qarabağ torpaqlarının əhəmiyyətini və Azərbaycan xalqının Qarabağ zəfərini qeyd etməyə xüsusi diqqət yönəldilib. Ahıska türkləri Qarabağ müharibəsində göstərdikləri dəstəklə, bu tarixi anın bir hissəsi olub və Azərbaycanın hər zaman yanında olmağa davam edəcəklərini bir daha sübut ediblər.

Qurultayda, Dünya Ahıska Türkləri Birliyinin İdarə Heyətinin seçilməsi, tarixi və gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib. Tədbirdə həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, ABŞ, Gürcüstan, Qırğızıstan, Şimali Kipr və Ukraynadan qonaqlar, ekspertlər və mütəxəssislər də iştirak ediblər.

Diaspora