Moskvada məktəbli qız narkotik satmaqda şübhəli bilinib

Moskvada məktəbli qız narkotik satmaqda şübhəli bilinib backend

Moskvada 14 yaşlı qız məktəbin içində mefedron (narkotik vasitə) satmaqda şübhəli bilinib.

Qaziler.az xəbər verir ki, bu barədə “Sapa” teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının ilkin məlumatına görə, səkkizinci sinif şagirdi məktəbə başqa şagirdə vermək üçün toz maddəsi gətirməkdə ittiham olunub. Hadisədən xəbər tutan təhsil müəssisəsinin əməkdaşları hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir paket toz götürərək ekspertizaya göndəriblər. Paketin içərisində bir qram mefedron maddəsinin olduğu ortaya çıxıb. Polis əməkdaşları narkotikin azyaşlının əlinə necə keçdiyini araşdırırlar.

Eyni zamanda məktəblinin atası məktəb direktorunun qızına böhtan atdığını düşünür. Valideyn də kömək edilməsi üçün polisə müraciət edib.

QAZİLER.AZ

Diaspora