Bakıda HADİSƏ: 10 yaşlı uşağın qarnına qapı dəstəyi məktəbdə batıbmış

Bakıda HADİSƏ: 10 yaşlı uşağın qarnına qapı dəstəyi məktəbdə batıbmış backend

Bu gün Xətai Tibb Mərkəzində həyata keçirilmiş əməliyyat diqqət cəlb edib.

Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, hadisə 107 nömrəli məktəbdə baş verib.

Məktəbdən verilən məlumatda da xəbər təsdiqini tapıb.

Belə ki, məlumata görə, 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyouluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb.

Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.

Açıqlamada bildirilib ki, məktəb rəhbərliyi və müəllimlərin müşayiətilə şagird tibb müəssisəsinə çatdırılıb.

Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir.

Diaspora