Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal Rabitə Mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, layihə müsabiqənin “İnnovativ Kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb. https://www.digitalcommunicationawards.com/winner/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və bir sıra digər ölkələrin 150-ə yaxın qurumu iştirak edib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-nin “OnCon Icon Awards 2024” müsabiqəsinin” 10 ən yaxşı texnologiya komandası” kateqoriyasında qalib seçilib.
https://www.onconferences.com/24teamwinners-tech
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən Dell Technologies, EY, Microsoft, Walmart və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.