Ramin Deko və saxlanılan digər şəxslərin nədə ittiham edildiyi məlum olub

Ramin Deko və saxlanılan digər şəxslərin nədə ittiham edildiyi məlum olub backend

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

QAZÍLER.AZ  APA-ya istinaden verdiyi  məlumata görə, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib.

Ramin Cəbrayılzadəyə ( Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub.

Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin ( Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb.

Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib.

 

Diaspora