Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Hidayət Rüstəmovun anası Şəfiqə Rüstəmova vəfat edib.
Bu barədə Qaziler.az-a onun yaxınları məlumat verib.
Şəhidin anası Bərdə rayonunda "Yeddi mərtəbələr" deyilən köşkünlər şəhərciyində yaşayırdı. Allah rəhmət eləsin!
Hidayət Eldar oğlu Rüstəmov 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub.
Şərəfli döyüş yolu keçən vətənimizin cəsur oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət erməni quldurlarının xeyli qüvvəsini məhv edib. Erməni faşistləri evə od vurublar. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Hidayət Rüstəmov Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə və onların dünyasını dəyişən valideynlərinə rəhmət eləsin!
QAZİLER.AZ